Münhendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

Münhendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub backend

Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin fevralın 17-də Münhendə görüşü olub.

Qaziler.az bildirir ki. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib.

Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib.

Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı ölkələr arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.
Diaspora