Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də Münhendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşüb.
Qaziler.az bildirir ki, APA-nn məlumatına görə, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.A. Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb, İsrailin baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb.
Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.