Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "referendum"a münasibətini açıqlayıb.
APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya XİN-dən bildirilib ki, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: “Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.