Cocuq Mərcanlıda gördüklərim məndə çox böyük təəssürat yaratdı. Bu səfər önəmli səfərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.Səfir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün variantlar tapılmalıdır. ATƏT-in Minsk qrupunun üzvü olaraq Fransa münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.