ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri sabah Bakıda görüşəcəklər

ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri sabah Bakıda görüşəcəklər backend

ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda görüşəcəklər.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti" Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.
Diaspora