Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə virtualaz.org-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur.Münhen Təhlükəsizlik konfransı fevralın 17-19-də keçiriləcək.