Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. Virtualaz.org bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın fevralın 21-22-də Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə ediləcək.