Bu gün Astanada Suriya üzrə danışıqların iştirakçıları arasında görüş başlayır. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.
O qeyd edib ki, ikitərəfli işgüzar görüşlər bu günə planlaşdırılıb.Lakin XİN rəsmisi məhz hansı görüşlərin nəzərdə tutulduğunu bildirməyib.
Xatırladaq ki, dünən axşam Astanada Suriyaya dair danışıqların bu günə planlaşdırılmış ikinci raundunun tarixinin fevralın 16-na keçirildiyi barədə xəbər yayılmışdı.
Suriya Dövlət Televiziyasının məlumatında bildirilirdi ki, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətinin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ Qazaxıstana getməməsidir.