Azərbaycan prezidenti serbiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti serbiyalı həmkarını təbrik edib backend

Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Tomislav Nikoliçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Qaziler.az bildirir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və rifah diləyirəm”.
Diaspora