“Azərbaycan-Latviya münasibətləri strateji xarakter daşıyır”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqars Rinkeviçslə görüşdən sonra keçirilən brifinqdə deyib.O bildirib ki, bu il həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq.
Nazir görüşdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın müzakirə edildiyini də deyib. “Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar başlayır. Azərbaycan 9 Aİ ölkəsi ilə strateji tərəfdaşdır. Bu yeni saziş strateji tərəfdaşlıq üçün yaxşı baza yaradır. Bizim artıq enerji üzrə strateji tərəfdaşlığımız var”.