Azərbaycanın Avropaya daxil olması üçün başlanılan işlər təxirə salındı

Azərbaycanın Avropaya daxil olması üçün başlanılan işlər təxirə salındı backend

Azərbaycan və Rusiya alimlərinin Avropanın cənub sərhədlərini müəyyənləşdirmək üçün birgə ekspedisiya aparması təxirə salınıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti Ramiz Məmmədov deyib.

R.Məmmədov bildirib ki, ekspedisiyanın bu ilin mayından keçirilməsi nəzərdə tutulmuşdu. Amma Azərbaycan tərəfi ekspedisiyanın təxirə salınmasını istəyib. Artıq bu barədə Rusiya Coğrafiya Cəmiyyətinə də məlumat verilib.

Qeyd edək ki, 1964-cü ildə rus alimləri Avropa qitəsinin şərq və cənub sərhədlərini müəyyənləşdirəndə qəbul olunmuş prinsipləri gözləməyiblər.

Azərbaycan alimlərinin hesablamalarına görə, Avropanın cənub sərhədləri Böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır. Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin daxilindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir.

Rusiya Coğrafiya Cəmiyyəti bu yaxınlarda Avropa və Asiya sərhədinin aktuallaşmasına dair Rusiya-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə razılıq vermişdi. Bu ekspedisiyanın keçirilməsinə RCC dəstək göstərəcək idi.
Diaspora