Putin və Tramp silah satmaq üçün müharibə ocaqları yaradacaqlar — Hərbi ekspertdən proqnoz

Putin və Tramp silah satmaq üçün müharibə ocaqları yaradacaqlar — Hərbi ekspertdən proqnoz backend

Trampın müharibə dili ilə danışması dünyada yeni müharibə ocaqlarının yarana biləcəyi ehtimalını gücləndirir

ABŞ prezidenti Tramp İran, Çin, Şimali Koreyanı müharibə ilə hədələyib.

Bu isə bəzi ekspertləri yeni müharibə ocağının yarana biləcəyi fikirinə gətirib.

Yeni müharibə ocaqları gözlənilirmi?

Bu sualın cavabını hərbi ekspert Üzeyir Cəfərov "Ölkə.Az"-a cavablandırıb:

"Verdiyim proqnozun üstündə dayanıram. Tramp bu gedişlə prezidentlik müddətini tam başa vura bilməyəcək. Tramp loru dildə desək yetənə yetir, yetməyənə daş atır.

OXŞAR XƏBƏR

Hal-hazırda Trampın müharibə aparacaq imkanları yoxdur — Politoloq rəyi
Tramp istədiyi fikri səsləndirir, istədiyi addımı atır. Ölkəsinin 200 illik demokratiya tarixinə kobud müdaxilələr etməyə çalışır. Misal üçün, məhkəmə hakimiyyəti Trampa sübut etdi ki, hər şey prezidentin iradəsindən aslı deyil. Ölkədəki qanunlar yetərincə oturuşmuş qanunlardır. Məhkəmə Trampın miqrantlarla bağlı verdiyi qərarın icrasını dayandırdı".

Dünyada yeni müharibə ocaqlarının yaranma ehtimalı barədə hərbi ekspert bildirdi ki, Trampın İran və bir neçə dövləti hədələməsi onu deməyə əsas verir ki, yeni müharibə ocaqları yaranacaq:

"Xüsusən də Türkiyə ehtiyatlı olmalıdır. Putinlə Tramp birləşib yeni müharibə ocaqları yarada bilərlər. Görünən odur ki, Putin və Tramp çoxlu silah satmaq üçün müharibə ocaqlarının yaradılması üçün planlar qururlar. Ona görə də, yeni müharibə ocaqlarının yaranacağını düşünürəm. Tramp və Putin elə qərarlar qəbul edə bilərlər ki, bu qərarlar dünyadakı sistemi dəyişə bilər. Ola bilsin ki, yaxın zamanda biz yeni müharibə ocaqları görəcəyik. Azərbaycan da dünyanın bir parçası olaraq son dərəcə diqqətli, ehtiyatlı olmalıdır. Trampın hərəkətləri ürəkaçan deyil. Ona görə də, istənilən an xoşagəlməz hadisələrin olması mümkündür".
Diaspora