Somalidə keçirilən prezident seçkilərində 55 yaşlı keçmiş baş nazir Məhəmməd Abdullahi Məhəmməd qalib gəlib.
Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl prezident vəzifəsini tutan Həsən Şeyx Mahmud məğlubiyyətini etiraf edib.Somali qanunvericiliyinə əsasən, dövlət başçısını parlament seçir. Məhəmməd Abdullahi Məhəmməd deputatlar arasında keçirilən səsvermənin 3-cü turunda qalib gəlib.
Qeyd edək ki, yeni prezident ABŞ-da təhsil alıb və ikili vətəndaşlığa malikdir.