ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı ölkə parlamentində çıxış edərsə, yerli deputatlar tərəfindən baykot olunacaq.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu leyborist Con Makdonnel deyib.O, BBC radiosunun “Tramp parlamentdə çıxış edərsə, Leyboristlər Partiyası üzvlərinin yeri boş olacaqmı?” sualına, “təkcə leyboristlərin yeri deyil”, - deyə cavab verib.
“Mən onun etdiklərini rüsvayçılıq hesab edirəm. Bizlərdən əksəriyyəti düşünürdü ki, onun seçkiqabağı kampaniyasının şüarları sadəcə şüar idi, lakin indi o bunları həyata keçirməyə başlayıb. Düşünürəm ki, onun səfəri bir çoxları üçün təhqir olacaq”, - deyə Makdonnel bildirib.