Trampın baş strateqindən ŞOK açıqlama - ABŞ-ÇİN MÜHARİBƏSİNİN VAXTINI DEDİ

Trampın baş strateqindən ŞOK açıqlama - ABŞ-ÇİN MÜHARİBƏSİNİN VAXTINI DEDİ backend

Bir neçə gün əvvəl rəsmən vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın baş strateqi Stefen Bannonun 9 ay əvvəl verdiyi açıqlama üzə çıxıb. Lent.az xəbər verir ki, “The Guradian” Bannonun həmin vaxt bir radioya verdiyi müsahibəsini dərc edib və hazırda Trampın baş strateqi olan şəxsin həmin vaxt Çini düşmən gördüklərini dediyini üzə çıxatıb.

S.Bannon bildirib ki, ABŞ-la Çin arasındakı gərginlik süərlə artır və Cənub Çin dənizindəki adalarla bağlı münaqişə tezliklə qızışa bilər. O, ABŞ-Çin müharibəsinin yaxın 5-10 il içində başlaya biləcəyini əlavə edib.

Qeyd edək ki, Çinin yüksək rütbəli hərbçilərindən biri bir neçə gün əvvəl ABŞ-la müharibənin yüksək bir ehtimalla baş verə biləcəyini və bunun praktik olaraq mümkün olduğunu demişdi.
Diaspora