Rusiya XİN Lapşin haqda: “Azərbaycana verilməsinə israrla qarşıyıq”

Rusiya XİN Lapşin haqda: “Azərbaycana verilməsinə israrla qarşıyıq” backend

Moskva bloqqer Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsinə qarşıdır və Rusiya vətəndaşlarının üçüncü ölkələrə təhvil verilməsini yolverilməz sayır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


“Biz ardıcıl olaraq israr edirik ki, Rusiya vətəndaşlarının üçüncü ölkələrə verilməsi yolverilməzdir və biz bu mövqeyimizi çatdırmaq üçün Belausun Xarici İşlər Nazirliyi, digər səlahiyyətli orqanları ilə müntəzəm təmaslar saxlayırıq”-Zaxarova deyib.

Bloqqer Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər etdiyi üçün axtarışa verilib və ötən ilin dekabrında Belarusda saxlanılıb. Onun Azərbaycana ekstradisiyasına dair verilmiş qərara dair yuxarı məhkəmə instansiyasının hökmü sabah elan olunmalıdır.
Diaspora