Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 301 859 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 301 859 manat artıb backend

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 301 859 manat (385 644 ABŞ dolları) artıb.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, 1 fevral 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 60 904 961 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib. Fondun ABŞ dolları, Avro və Rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.
Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 77 888 200 ABŞ dollarına çatıb.
Xatırladaq ki, Fondun hesabında 2014-cü ildə 9 848 588 manat (12 576 417 ABŞ dolları) artım olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Diaspora