Ötən il Azərbaycanda 148 nəfər əfv olunub, 11 minə yaxın şəxs azadlığa buraxılıb

Ötən il Azərbaycanda 148 nəfər əfv olunub, 11 minə yaxın şəxs azadlığa buraxılıb backend

"Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəza çəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib.

Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək ölkə Prezidentinin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib".
"Report"un məlumatına görə, bu sözləri ədliyyə naziri Fikrət Məmmədov yanvarın 31-də Ədliyyə Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1 261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1 027-nə baxılaraq hamısı təmin edilib.
Nazir deyib ki, ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar: "Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv və amnistiya aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər. İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, ötən dövrdə 6 500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.
Diaspora