Prezident seçkilərinin ardından başlayan və bütün dünyanın marağına səbəb olan siyasi prosesi geridə qoyan Qambiya bu dəfə də ad dəyişikliyi ilə gündəmə gəlib. Modern.az xəbər verir ki, Qambiya prezidenti Barrov "Qambiya İslam Respublikası" adını dəyişdirməyi qərara alıb.
Barrov açıqlamasında əhalisinin 90 faizi müsəlman olan Qambiyada xristian və animistlərin (Afrika ölkələrində qəbul edilən inanc) də yaşadığına diqqət çəkərək, ölkənin adının Qambiya Respublikası olacağını bildirib.
Qeyd edək ki, eks-prezident Camme 2015-ci ildə ölkəsinin islam dövləti olduğunu bildirmişdi. "Qambiyanın taleyi ulu Allahın əlindədir. Bu gündən etibarən Qambiya bir islam dövlətidir. Vətəndaşlarımızın haqlarına hörmət edən bir islam dövləti olacağıq", - deyə o vurğulamışdı.