Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub, Oxu.Az Reporta istinadən xəbər verir.
Oyunda ilk qolu qonaqlar vurub. Cavid İmamverdiyev 13-cu dəqiqədə topu qapıya göndərib. İlk hissə “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda son nöqtəni isə “Qarabağ” qoyub. Oyunun 73-cü dəqiqəsində Dino Ndlovu rəqib futbolçu Məqsəd İsayevin cərimə meydançası daxilində əllə oynamasına görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Qarşılaşma 1:1 hesabı ilə də bitib.Bu, bakılıların səfərdə qələbə qazana bilmədiyi 8-ci oyun olub. Bununla “Qarabağ” xal ehtiyatını 33-ə çatdıraraq yenidən ilk pilləyə yüksəlib. “Neftçi” isə 10 xalla 7-cidir.
****
Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçında komandaların hansı heyətlərlə meydana çıxacağı məlum olub.
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 33. Boban Baykoviç, 10. Cavid İmamverdiyev, 8. Zdenek Folprext, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 15. Ruslan Abışov (k), 6. Pavel Dreksa, 29. Georgi Navalovski, 11. İqnasio Herrera Fernandes, 25. Kiril Petrov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 23. Tərzin Cahangirov, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov.
Baş məşqçi: Elxan Abdullayev.
Qeyd: Canlı yayımın açılması üçün görüntünü tam ekran rejiminə gətirin.