Ermənistanın müdafiə naziri İrana gedir

Ermənistanın müdafiə naziri İrana gedir backend

Ermənistanın müdafiə naziri Vigen Sarqisyan İrana səfər edəcək.

Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən İRNA xəbər yayıb.

Məlumata görə, səfər zamanı iki dövlətin müdafiə nazirləri arasında danışıqlar aparılacaq. Sarqsyanın səfəri yanvarın 30-na nəzərdə tutulub.

“Sarqsyanın səfər etməsində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir. Gündəlikdə Tehran və İrəvan arasında ikitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi də var”, - deyə mənbə əlavə edib.
Diaspora