Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sözçüsü və Qars üzrə millət vəkili Ayhan Bilgen saxlanılıb.
Qaziler.az-ın verdiyi məlumata görə, o, Diyarbakır Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində Ankarada polislər tərəfindən saxlanılıb.Qeyd edək ki, indiyə qədər HDP sədri Səlahəddin Dəmirtaş da daxil olmaqla partiyadan 12 nəfər həbs olunub, ümumilikdə 26 deputat saxlanılıb.