Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı məhsuldar və müsbət olub. İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.Prezidentlər həmçinin Yaxın Şərqdəki vəziyyəti, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahın yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələlər müzakirə olunub.
Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər.
V.Putin və D.Tramp iki ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi əlaqələrin bərpa olunmasının vacibliyini qeyd ediblər. Tərəflər telefon danışığı zamanı konstruktiv, bərabər hüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında əməkdaşlığın bərpası və inkişaf etdirilməsi istiqamətində birgə fəal iş aparmaq niyyətində olduqlarını bildiriblər.