ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb.
Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın imzaladığı müvafiq fərmanda bildirilir.Bundan əvvəl D.Trampın Pentaqona İŞİD-lə mübarizə üzrə koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsinə dair göstəriş verib.
Qeyd edək ki, İŞİD-lə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının genişləndirilməsi məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı əsas müzakirə mövzularından biri olub.