“Sarkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır” - POLİTOLOQ

“Sarkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır” - POLİTOLOQ backend

“Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan ordusunun yaranmasının 25 illiyə ilə bağlı uzun və mənasız nitq söyləyib. Ancaq bu nitqdə iki cümlə diqqətimi çəkdi”.

Ölkə.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Sarkisyan yeni bəyanatı ilə Dağlıq Qarabağda müharibənin qaçılmaz olduğunu bildirib.

“Sarkisyan birinci cümləsində deyib ki, “yeni müharibə Qarabağ probleminin həllin kömək etməyəcək, əksinə vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək”. Sarkisyanın ikinci cümləsi isə belədir: “Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə də mətbəximizin içində aparmaq istəmirik”.

Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sarkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır. Yəni bu subyekt Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasıyla yarana biləcək sülhün yerinə ac-yalavac xalqını ölümün pəncəsinə atacağının anonsunu verir. İkinci cümlənin açması isə odur ki, adını “təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin. Ancaq bunun mümkün olmadığını özü də anlayır. Ona görə də bizim Sarkisyanın “mətbəxinin” ətrafını boşaltmaqdan başqa alternativimiz qalmayıb” - deyə Elxan Şahinoğlu qeyd edib.
Diaspora