TANAP layihəsinin Dardanel hissəsi 2 ay ərzində tikiləcək

TANAP layihəsinin Dardanel hissəsi 2 ay ərzində tikiləcək backend

Azərbaycan təbii qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Dardanel boğazından keçəcək dəniz hissəsi üzrə iki boru kəmərinin tikintisi 2 ay müddətində aparılacaq.


Bu barədə "AzərTAc"a müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu il iyulun əvvəlində tikinti sahəsinə çatdırılması planlaşdırılan əsas xəttin borularının satın alınması artıq yekunlaşıb. “Boru kəməri ilə yanaşı çəkiləcək fiber-optik kabellərin alınması prosesi isə davam edir. Fiber-optik kabellərin tikinti sahəsinə iyul-avqust aylarında çatdırılması planlaşdırılır”, - deyə TANAP-ın baş direktoru qeyd edib.

S.Düzyol bildirib ki, TANAP-ın dəniz hissəsində istifadə ediləcək avadanlıqların quraşdırılması üzrə hazırlıqlar başa çatdırılıb: “Boruların çəkilməsi dinamik quraşdırma sisteminə malik müasir texnologiya ilə həyata keçiriləcək. İki boru kəmərinin və fiber-optik kabellərin çəkilməsi işlərinin 60 gün davam etməsi gözlənilir. TANAP-ın dəniz hissəsinin tikintisi işlərinə başlanılması üçün lazımi hazırlıqlar və icazələrin alınması prosesi davam edir”..

Xatırladaq ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2x36 düymlük dəniz hissəsi və fiber-optik kabellərin çəkilişinin mühəndislik, satınalma və tikinti müqaviləsi ötən ilin sentyabrında “SapuraKencana” şirkəti ilə imzalanıb. Dəniz hissəsinin inşasına bu ilin yay aylarında başlanılması planlaşdırılır.
Diaspora