Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.“Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, - deyə o jurnalistlərə bildirib.
Lavrentyevin sözlərinə görə, “zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.
“Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə Lavrentyev qeyd edib.