Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Tiflisdəki səfiri ola bilər. Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Pyotr Poroşenkonun saytında petisiya yaradılıb. Petisiyanı ukraynalı aktivist Oleq Yermoxin ictimaiyyətə təqdim edib:
“Saakaşvili prezidenti olduğu Gürcüstandakı islahatlarla bağlı böyük təcrübəyə sahibdir. 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığını alması onun Gürcüstanda səfir işləməsinə maneə yaratmır”.Qeyd edək ki, hələlik petisiyanı 108 nəfər dəstəkləyib. Ukrayna hökumətinin bu təklifə baxması üçün petisiyanın 3 ay ərzində 25 min səs toplaması lazımdır.