Saakaşvili Trampın inaqurasiya mərasimini “kolluqdan” izləyib

Saakaşvili Trampın inaqurasiya mərasimini “kolluqdan” izləyib backend

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili onun Trampın inaqurasiyası zamanı Ukrayna telekanalları tərəfindən çəkilən görüntülərindən narazı qalıb.

Qaziler.az xəbər verir ki, bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

Siyasətçi iddia edir ki, şəkillər o, inaqurasiya mərasimini tərk edərkən çəkilib:

“Biz Ukrayna telekanallarına təklif etmişdik ki, Trampın inaqurasiyasına getməyimizi işıqlandırsınlar, ancaq bundan imtina etdilər. Lakin onlar mənim mərasimi tərk edərkən çəkilən qeyri-rəsmi şəkillərimi paylaşdılar”.

Bu şərhi ilə bərabər Saakaşvili jurnalistlərin yaydıqları foto və videonu screen edərək paylaşıb.

Siyasətçinin sözlərinə görə, bu materiallar sübut edir ki, “düşmənlər” ondan qorxurlar.

Diaspora