ABŞ və Avropa arasındakı münasibətlərdə yaranan şərait bundan öncə heç vaxt olmayıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu BFM TV-yə açıqlamasında Fransanın keçmiş baş naziri Manuel Vals söyləyib.“Amerika Avropanın müttəfiqidir. Əsas məsələ odur ki, ABŞ-ın yeni seçilmiş prezidenti bunu göstərə bilsin. Çoxları fikirləşirdi ki, Donald Tramp prezident olduqdan sonra sakitləşəcək, amma bu populist öz proqramını reallaşdırmaq istəyir. Trampın Avropa Birliyi ilə bağlı açıqlaması təxribatdır. Bu, Avropaya müharibə elan edilməsi deməkdir. O, Avropanın parçalanmasını təklif edir. Trampla Putin arasında ittifaq dünyanın sonu deməkdir”, – Vals bildirib.
Qeyd edək ki, Tramp “Tayms” qəzetinə müsahibəsində Britaniyanın AB-dən çıxmasına haqq qazandırıb və bu strategiyanı daha bir neçə Avropa dövlətinin də təkrarlayacağını bildirib.