Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, yanvarın 17-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərdə iştirak edib.