Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib. QAZİLER.AZ-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığında deyilir:
“ Hörmətli Almazbek Şarşenoviç,Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.