Merkel Trampa xəbərdarlıq edəcək

Merkel Trampa xəbərdarlıq edəcək backend

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla gələcəkdə keçirəcəyi görüşdə iqtisadiyyatda proteksionizm siyasətinin təhlükəsi barədə müzakirə aparmağı planlaşdırır.

Qaziler.az-ın verdiyi məlumata görə, A. Merkel bunu dünən Xristian-Demokrat Partiyasının rəhbərliyinin qapalı iclasında bəyan edib.

D. Tramp seçkiqabağı kampaniyası zamanı çıxışlarında sərfəli olmayan beynəlxalq ticarətdə dair müqavilələri ləğv edəcəyini, Çin və Meksikadan idxalı məhdudlaşdıracağını bəyan edib. A. Merke lisə hesab edir ki, beynəlxalq əməkdaşlıq hər kəsin öz problemini təkbaşına həll etməkdən daha yaxşıdır.

Kansler 2008-ci ildəki maliyyə böhranının da beynəlxalq əməkdaşlığın zəruri olduğunu sübut etdiyini vurğulayıb.
Diaspora