Ərdoğan parlamentdəki davada burnu qırılan deputata baş çəkdi

Ərdoğan parlamentdəki davada burnu qırılan deputata baş çəkdi backend

Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsi müzakirə edilərkən CHP və AKP-li deputatlar arasında baş verən davada vahid partiya sədrinin burnu qırılan nümayəndəsi Fatih Şahin əməliyyat olunub.

Qaziler.az-ın xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan bu gün F. Şahini evində ziyarət edərək onunla təxminən 1 saat söhbət edib.

Virtualaz.org xatırladır ki, müzakirə zamanı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu rəhbəri Özgür Özel hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yanlış addım atdığını bildirib.

Ö.Özelin çıxışından sonra CHP-dən olan millət vəkilləri tribunanı dövrəyə alıblar. AKP deputatları isə müxalifləri tribunadan uzaqlaşdırmağa çalışıblar. Bu vaxt iki partiyanın üzvləri arasında yumruq davası düşüb.

Dava əsnasında tribuna da yerindən çıxıb. Parlament zalının bəzi yerlərinə zərər dəyib.

Ara sakitləşəndən sonra təklif səs qoyulub. CHP millət vəkilləri səsverməyə qatılmayıb. 343 deputat lehinə, 7-si isə əleyhinə səs verib.
Diaspora