Rusiya XİN: Azərbaycanlı əsgərin meyitinin qaytarılması üçün diplomatik imkanlardan istifadə etmək lazımdır

Rusiya XİN: Azərbaycanlı əsgərin meyitinin qaytarılması üçün diplomatik imkanlardan istifadə etmək lazımdır backend

Ermənistan tərəfində qalan azərbaycanlı əsgərin meyitinin qaytarılması üçün diplomatik imkanlardan istifadə etmək lazımdır.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Azərbaycanın beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, erməni tərəfi hələ də hərbçimizin meyitini qaytarmayıb.
Diaspora