ABŞ Dövlət katibi Con Kerri Gürcüstana səfər edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Kerrinin Gürcüstan səfəri çox qısa çəkib. O, Gürcüstan Xarici İşlər nazirinin müavini David Zalkaliani ilə görüşüb. Görüş zamanı tərəflər ABŞ-la Gürcüstan arasındakı strateji əməkdaşlığın faydalarından danışıblar.
Qeyd edək ki, bu, Kerrinin Gürcüstana ikinci səfəridir. O, ilk dəfə Gürcüstanda keçən ilin iyulunda olub.