İnternetdə “Taliban” hərəkatı tərəfindən 2016-cı ilin avqustunda Kabildə girov götürülən Amerika Universitetinin müəllimlərinin video görüntüləri yayılıb.
Qaziler.az-ın verdiyi xəbərə görə, 13 dəqiqəlik videoda girovluqda saxlanılan 60 yaşlı ABŞ vətəndaşı Kevin Kinq və 48 yaşlı Avstraliya vətəndaşı Timati Uiks ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa müraciət edərək kömək diləyiblər.Terrorçular müəllimlərin azad olunması müqabilində Baqram həbsxanasında saxlanılan “Taliban” üzvlərinin azadlığa buraxılmasını tələb edir.
Xatırladaq ki, Kabildə yerləşən Amerika Universitetinin müəllimləri 2016-cı il, avqustun 7-də oğurlanıblar.