Obama və Ərdoğan razılığa gəldilər

Obama və Ərdoğan razılığa gəldilər backend

ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayip Ərdoğan telefon danışığı zamanı İŞİD terror qruplaşması ilə mübarizədə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Obama, Suriyada ümummilli atəşkəsə və hakimiyyətlə müxalifət arasında siyasi danışıqların bərpa olunması üçün Türkiyənin regional oyunçularla əməkdaşlıq üzrə səylərini alqışlayıb”, - deyə məlumatda bildirilir.
Diaspora