ABŞ hökuməti rusiyalı diplomatlarla bağlı şok qərar verib.
BakiPost.az xəbər verir ki, bu barədə Reyters agentliyinə ABŞ administrasiyasından məlumat verilib. Məlumatda bildirilir ki, ABŞ rusiyalı 35 diplomatı diplomatik fəaliyyət qaydalarını pozmaqda ittiham edir. Bu səbəbdən onlara Vaşinqton və San Fransiskodan çıxmaq üçün 72 saat vaxt verilib.