ATƏT sədri münaqişə zonasına səfər edəcək

ATƏT sədri münaqişə zonasına səfər edəcək backend

ATƏT yeni seçilmiş Avstriyalı sədri Sebastian Kurs APA-ya müsahibə verib. O ilkin olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb. Kurz bildirib ki, rəhbərlik etdiyi təşkilat tərəfələr arasında sülhün bərqərar olması üçün çalışır. İki ölkə arasında münaqişə barədə danışan sədr minlərlə insanın illər əvvəl müharibədə məhv olduğunu xatırladaraq bunun gələcəkdə baş verməməsi üçün əllərindən gələni edəcəklərini bildirib. O həmçinin yaxınlarda münaqişə bölgəsinə səfər edəcəyini də açıqlayıb.

Sədr müxbirin aprel döyüşləri ilə bağlı sualını da cavablandırıb. Sülhün tərəfdarı olaraq Minsk qrupu ilə birlikdə yeni tədbirlər həyata keçirəcəyini açıqlayan sədr bildirib ki, Yüksək Səviyyəli Planlaşdırma Qrupu işini davam etdirəcək. Bu işlərdə Minsk Qrupunun Rusiyalı həmsədri Anjey Kaspşik Kurzun şəxsi nümayəndəsi, Avstriyalı polkovnik Hans Lampalzer isə qrup işinə rəhbərlik edəcək.

ATƏT-in sədri Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü 7 ə də ümansibət bildirib: “Avstriya uzun müddətdir, vicdanlı vasitəçi və körpü yaradıcı rolunu oynayır və biz tərəflərə tez bir zamanda bunu təklif edə bilərik. Avstriya hər zaman vacib danışıqlar üçün istifadə olunub. Buna lap yaxın zamanlarda İranla nüvə danışıqları və Suriya münaqişəsi üzrə danışıqları misal gətirə bilərəm. Biz mədəniyyətlərarası dialoqda zəngin təcrübəyə malikik. Əgər azərbaycanlılar və ermənilər bizdən yardım istəsələr, bunu təmin etməyə hazırıq. Bizim məqsədimiz mövcud Minsk qrupu formatını dəstəkləməkdir, yeni format açmaq deyil. Biz sülh prosesini gücləndirə biləcəyimiz konkret sahələri müəyyənləşdirdiyimiz halda ATƏT-in Minsk qrupu həmsədrləri, səfir Anjey Kaspşik, o cümlədən tərəflərlə koordinasiyalı şəkildə bunu icra edəcəyik. Bizim ümumi məqsədimiz dialoqu gücləndirmək və bütün həyati məsələlərin diplomatik yollarla danışıqlar masasında müzakirə olunmasını təmin etməkdir”.

Rüfət
Diaspora