Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək backend

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək. APA-nın Serbiya hökumətinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı xarici işlər naziri İvitsa Daçiçin iştirakı ilə keçirilən görüşdə ümumvətəndaş pasporta malik Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlamaq barədə qərar qəbul edilib.


Əsas məqsəd ikitərəfli siyasi əlaqələri inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək, iqtisadi və turizm əlaqələrini inkişaf etdirməkdir.
Diaspora