İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri Mosul şəhərində yaxalanıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Əl Sumaria" telekanalı məlumat yayıb.Məlumata görə, Əbu Haris əl-Matyuti adlı terrorçu Dəclə çayının sol sahilində yerləşən Bəkr məhəlləsində anti-terror bölmələrinin döyüşçüləri tərəfindən əsir götürülüb.
Onunla yanaşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan daha 14 ekstremist yaxalanıb. Onların izinə düşməkdə, radikalların yerini nişan verməklə, yerli sakinlər köməklik göstəriblər.