Türkiyənin baş naziri Prezident İlham Əliyevi təbrik edib

Türkiyənin baş naziri Prezident İlham Əliyevi təbrik edib backend

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli Prezident, əziz Qardaşım.
Ad günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuza və gözəl arzularınıza görə Sizə ürəkdən təşəkkür edirəm.
Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əməkdaşlığımız qardaşlıq əlaqələrimizi möhkəmləndirməkdə, ikitərəfli münasibətlərimizlə birlikdə regional rifah və sabitliyə öz töhfəsini verməkdədir. Əlaqələrimizin qarşıdakı dövrdə də bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən inanır, bunun üçün əlimdən gələn bütün səyləri göstərməyə davam edəcəyimi diqqətinizə çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edərək, dekabrın 24-nə təsadüf edən doğum gününüzü ən səmimi hisslərlə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycanın rifahı üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram".
Diaspora