Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyəti rəsmiləşdi

Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyəti rəsmiləşdi backend

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. B.İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Diaspora