Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
Qaziler.az-ın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər onu sarsıdıb.Dövlət başçısı Azərbaycanın xalqı adından və şəxsən öz adından Rusiya prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.