ABŞ kəşfiyyatı Rusiyaya qarşı kiberhücumlara yox dedi

ABŞ kəşfiyyatı Rusiyaya qarşı kiberhücumlara yox dedi backend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennan Rusiyaya qarşı əks-kiberhücumların əleyhinə çıxıb.

Qaziler.az-ın xəbərinə görə, C. Brennan ABŞ İctimai Radiosuna müsahibəsində bu metodu ABŞ-a layiq görmədiyini bildirib: "Mən hesab etmirəm ki, düşmənlərimizin bizə qarşı istifadə etdiyi taktikaya əl atmalıyıq. Düşünürəm ki, biz nəyin uğrunda mübarizə apardığımızı unutmamalıyıq. Biz öz ölkəmiz, demokratiya və həyat tərzimiz uğrunda mübarizə aparırıq. Opponentlərimiz və düşmənlərimizin məşğul olduğu çirkli iş bizim böyüklüyümüzdən aşağıda dayanır”.

Xatırladaq ki, ABŞ kəşfiyyat strukturları rusiyalı hakerləri seçki ərəfəsində ABŞ Demokrat Partiyasının serverlərinə hücum edərək gizli yazışmaları yaymaqda və beləliklə, seçki kampaniyasına müdaxilə etməkdə günahlandırır. Amerikalılar haker hücumlarının arxasında birbaşa Rusiya siyasi rəhbərliyinin dayandığını güman edirlər. Prezident Barak Obama Rusiyanın bu addımlarına qarşı cavab tədbiri görəcəklərini bildirib. Hazırda ABŞ kəşfiyyat orqanları bu cavabın nədən ibarət ola biləcəyi üzərində işləyirlər.
Diaspora