Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-la münasibətlərin dondurulduğunu bəyan edib. Lent.az xəbər verir ki, “Mir” telekanalına müsahibə verən prezident köməkçisi hazırda rəsmi Vaşinqton ilə dialoqun “ən aşağı səviyyədə” olduğunu deyib.
O əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı parlament, biznes və mədəniyyət sahələrində əlaqələr tamamilə dayandırılıb.“Amma bu bizim istəyimizlə baş verməyib”, deyə o, fikrini tamamlayıb.