Trampın iqtisadi planları və yüksələn dollar

Trampın iqtisadi planları və yüksələn dollar backend

Donald Trampın ABŞ prezidenti seçildiyi dönəmdə dollarda yüksək artım müşahidə olundu. Bunun təsadüf yoxsa biləvasitə seçkilərin nəticəsi ilə əlaqdar olub olmamağı ilə bağlı bir sıra ekspertlər fikrilər bildirdi. Üzümüzə gələn ilin ilk günlərdindən isə dolların nə az nə çox 3 manata bərabər olacağı proqnozlaşdırılır. İqtisadi təşkilatlar bununla bağlı bəyanat verirlər yaxud da ciddi xəbərdarlıqla çıxış edirlər. Dolların dünya bazarını şoka salacaq proqnozunda da Trampın birbaşa əli olduğu bildirilir. Bu, yeni prezidentin naməlum iqtisadi planları ilə bağlıdır. Gəliri neftin qiymətindən asılı olan Azərbaycan, Rusiya kimi ölkələrdə yerli vayutanı zəiflədən təkcə dolların bütün dünyada güclənməyi deyil, həm də neftin qiymətinin düşə biləcəyi ehtimallarıdır.Trammpın yeni planları dollara hansı yöndən təsir göstərəck. Bəlkə dollar ucuzlaşacaq?

Oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir. Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar. Yəni dollar proqnozları doğruldacaq.
Donald Tramp öz prezidentliyinin ilk 100 günündə görəcəyi işləri Youtube-da yerləşdirdiyi videoda açıqlayıb: ”…Enerji haqda. Mən Amerika enerjisinin istehsalına məhdudiyyətləri götürəcəm”.
Tramp Amerikanın federal torpaqlarının və eləcə də federal sularının daha çox hissəsini neft və qaz istehsalına açmaq istəyir. Tramp may ayında da deyirdi ki, “Amerikanın istifadə olunmayan inanılmaz enerji potensialı var.” Trampın planı reallaşsa, ABŞ ölkə daxilində böyük neft istehsalına başlasa, bu dollara necə təsir göstərəcək?
Bu sual Azərbaycan kimi ölkələr üçün həyatı əhəmiyyətlidir. 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollardan götürülüb. Neft 40 dollardan aşağı düşsə, və uzun müddət belə qalsa, Azərbaycan büdcə layihələrini reallaşdıra bilməyəcək.
CNBC televiziyası hesab edir ki, Trampın vəd etdiyi enerji yüksəlişi başlayanda Tramp artıq prezident olmayacaq. Yəni bu, çox-çox sonra baş verəcək. “CNNMoney” başqa amili – dolları göstərir. Trampın seçilməyi və iqtisadi planları indinin özündə dolları qaldırıb. CNN “Goldman Sachs” maliyyə qurumunun rəyini sitat gətirir ki, dolların qalxmağı neftin qiymətini aşağı salır, bu düzdür, ancaq gərək neft istehsal oluna ki, qiyməti də aşağı düşə. İstehsala maraq isə güclü dollar vaxtında zəif olacaq. Çünki güclü dollar ABŞ-ın şist neftini rəqabətə qabiliyyətsiz edir.
Neft 25 dollar olsa, manat neçə olacaq? Neft 25 dollara düşsə, neft ölkələrinin valyutalarının məzənnəsi neçə olacaq? Ən əsası, manatın məzənnəsi neçə olacaq?
Manatın hansı məzənnəyə düşəcəyini başqa neft ölkələrinin valyutalarının hansı səviyyəyəcən düşəcəyi əsasında hesablamaq olar. Çünki ehtimal etmək olar ki, neft düşəndə manat rublla təxminən eyni dəyişəcək və Rusiyada indidən bunu ən yüksək səviyyədə fəal şəkildə hesablayırlar. Moskvadakı "Zerich Capital Management” şirkətinin investisiya analizi idarəsinin direktor müavini Andrey Vernikov hesablayıb ki, 1 dollar 120 rublacan qalxacaq. Hazırda 1 dollar 64 rubldur. Manat rublla eyni dəyişsə, bu o deməkdir ki, neft 25 dollara düşəndə 1 dollar 3 manat 19 qəpiyəcən qalxacaq.
Moskvadakı "Alfa Bank”ın baş iqtisadçısı Nataliya Orlovanın hesablaması bir qədər yumşaqdır. O deyir ki, neft 25 dollara düşsə, 1 dollar 80-85 rubl olacaq. Ancaq o əlavə edir ki, neft 25 dollar qiymətində çox qalsa, onda məzənnə 1 dollar 90 rublacan dəyişə bilər. Bu hesabla, manat da 1 dollar = 2 manat 40 qəpik səviyyəsinə düşəcək. Bunlar neftin qiymətinin 25 dollaracan düşməsi senarisində manatın məzənnəsinin necə olacağı ehtimallarıdır.
Bəs neft kəskin düşməsə və ya neft amili nəzərə alınmasa?
Bu halda da dollar digər valyutalara qarşı güclənməkdə davam edəcək. Bloomberg valyuta alıb-satan treyderlər arasında sorğu keçirib. Rəyi soruşulanların 43 faizi deyib ki, 2017-ci ildə 1 dollar 1 avroya bərabər olacaq. Noyabrın 24-də 1 avro 1,05 dollardır.
"Deutsche Bank”ın Londondakı bölməsinin təhlilçisi Georq Saravelos müştərilər üçün hesabatında yazır ki, Trampın qələbəsi hər şeyi dəyişib.
Necəki çoxları xanım Klitonun prezident seçiləcəyinə əmin olduğu ahlda Trampın qələbəsinə şahidlik etdi, deməli dolların bum yaratması da normaldır. İqtisadi hesablamalar müxtəlif rəqəmləri göstərsə də ümumi prizmada dolların valyuta bazarında hegemonluğunu daha da artıracağı şübhə doğrumur.

Rüfət Soltan
Adalet.az
Diaspora