Dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.
Virtualaz.org xəbər verir ki, A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.