Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.
Qaziler.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, polis naməlum şəxsi tərksilah edərək həbs edib.ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib: “İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”.
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.